Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sülhməramlıların Qarabağda yerləşdirilməsi yekunlaşdı

20 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi prosesi yekunlaşıb.

Press.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib.

Nazir qeyd edib ki, sülhməramlı kontingentin ərazidə yerləşdirilməsi başa çatıb. Onun sözlərinə görə, sülhməramlılar qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar. Üçtərəfli bəyanata əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Oxşar xəbərlər
OTACI