Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilərin təhqirlərinə cəsarətlə cavab verən yaralı azərbaycanlı sağdırmı? - VİDEO

20 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi hərbi əsirlər Amin Musayev və Bayram Kərimov barədə hər hansı bir informasiya təqdim etməkdən imtina edib.

Press.az xəbər verir ki, bümayəndəliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Oxu.Az-a açıqlamasında hərbi əsirlərin yerləri barədə heç nə deyə bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, sözügedən şəxslərlə bağlı bütün informasiya yalnız onların ailə üzvlərinə veriləcək.

Xatırladaq ki, Noyabrın 12-də “ANNA News” “YouTube” kanalında azərbaycanlı əsirə (Amin) rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. Həmin video erməni tərəfinin humanizm nümunəsi kimi qələmə verilsə də, sonradan ermənilərin hərbçimizə işgəncə verməsinə dair video da ortaya çıxıb.

Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov əsir düşən hərbçilərimizlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ünvanlayıb.

Oxşar xəbərlər
OTACI