logo
First slide

"Lukoil" yanacaqdoldurma məntəqəsinin vəzifəli şəxsi intihara cəhd etdi

20 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.

Sumqayıt şəhər sakini Əsgərov Xəzər Ağabala oğlu kimyəvi maddə olan esensial turşuşu içərək özünü öldürməyə cəhd edib. Hadisə noyabrın 18-də baş verib.

İlkin məlumata görə, X.Əsgərov Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində işlədiyi "LukOil" yanacaqdoldurma məntəqəsinin işçiləri tərəfindən özünəqəsdə təhrik edilib. Zərərçəkmişin qohumları Trend-ə açıqlamasında bildirib ki, X.Əsgərov adıçəkilən yanacaqdoldurma məntəqəsində çalışırmış: "Bir müddət əvvəl məntəqənin direktoru məzuniyyətə gedib və o məzuniyyətdə olan müddətdə vəzifəsinin icrasını Xəzər Əsgərova tapşırıb. Bir neçə gündən sonra məntəqənin ərazi meneceri Rafiq Xeyrullayev və komputer sahəsinin müdiri Orxan Lətifov birləşərək X.Əsgərova qarşı plan hazırlayıb. Həmin şəxslər yanacaqdoldurma məntəqəsinin komputer hesablama sisteminə dəyişiklik edərək guya büdcədən 34 min manatın yoxa çıxdığını bildiriblər. Həmin şəxslər X.Əsgərovu sıxışdıraraq bu məbləği onun mənimsədiyini iddia ediblər. X.Əsgərov təzyiqlər nəticəsində yanacaqdoldurma məntəqəsinin balansına 19 min manat ödəsə də, qalan 15 min manatı ödəməyə imkanı çatmayıb. Amma O.Lətifov və R.Xeyrullayev onu hədələyərək qalan 15 min manatı da tələb ediblər.

Çarəsiz qalan X.Əsgərov evinə gedərək esensial turşusu içərək özünü öldürmək istəyib.

Hazırda X.Əsgərov Sumqayıt şəhərində xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Trend

Oxşar xəbərlər
OTACI
OTACI