Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Parlament yeni orden və medallarla bağlı layihəni təsdiqlədi

20 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda Vətən müharibəsi ilə əlaqədar yeni orden və medallar təsis edilir.

Press.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə edilib.

Qanun layihəsində aşağıdakı dəyişiklik nəzərdə tutulur:

1.1. 1-ci maddədə "Azərbaycan Respublikasının ən yüksək təltifi - "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
"Zəfər" ordeni;
"Qarabağ" ordeni;";
1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilsin:
"Cəsur döyüşçü" medalı;
"Döyüşdə fərqlənməyə görə" medalı;
"Suqovuşanın azad olunmasına görə" medalı;
"Cəbrayılın azad olunmasına görə" medalı;
"Xocavəndin azad olunmasına görə" medalı;
"Füzulinin azad olunmasına görə" medalı;
"Zəngilanın azad olunmasına görə" medalı;
"Qubadlının azad olunmasına görə" medalı;
"Şuşanın azad olunmasına görə" medalı;
"Kəlbəcərin azad olunmasına görə" medalı;
"Ağdamın azad olunmasına görə" medalı;
"Laçının azad olunmasına görə" medalı;
"Vətən müharibəsi iştirakçısı" medalı;
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı;".

Oxşar xəbərlər
OTACI