logo
First slide

Milli Məclis Xocalının Quşçubaba kəndinin Baharlı adlandırılmasını təsdiqlədi

20 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Press.az-ın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Oxşar xəbərlər
OTACI
OTACI