logo
First slide

Şənbə və bazar günləri "ASAN xidmət" və "ASAN Kommunal" işləməyəcək

20 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri xüsusi karantin müddətində şənbə və bazar günləri fəaliytyət göstərməyəcək.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Press.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Respublikamızda xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 21- 22, 28- 29 noyabr və 5-6, 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

21- 22 noyabr tarixləri üçün isə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Oxşar xəbərlər
OTACI
OTACI