Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı kritik günlər davam edir - TƏBİB

20 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əvvəl Azərbaycanda COVİD-19-a görə gündəlik edilən test sayının təxminən 10 faizi pozitiv olurdusa, indi bu say daha da artıb. Bu da onu göstərir ki, COVİD-19-a yoluxma ilə bağlı kritik günlər hələ davam edir.

Bunu Press.az-a TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Yoluxma sayındakı artımın yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edildiyini deyən V.Əliyevin sözlərinə görə, havaların soyuması yoluxmaların daha da artmasına səbəb olur. Bununla yanaşı, insanların qapalı məkanlardan daha çox istifadə etməsi təmas hallarını da artırır. Bu isə öz növbəsində yoluxma sayının yüksəlməsinə səbəb olur.

V.Əliyev bildirib ki, ictimai nəqliyyat da yoluxma üçün əsas mənbələrdən biridir. Buna görə də insanlar yaxın məsafədə olduqları zaman mütləq qaydada tibbi maskadan istifadə etməlidirlər:

“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir çox insanlar maskadan düzgün istifadə etmirlər. Görünən odur ki, biz ancaq peyvənd barədə düşünürük. Yalnız maskanı düzgün taxmaq və ara məsafəni qorumaqla yoluxmanın qarşısını ala bilərik. Parça maskaların qoruyuculuq qabiliyyəti yoxdur və onlar virusu keçirə bilir. Yalnız tibbi maskalardan istifadə düzgündür”.

Oxşar xəbərlər
OTACI