Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Ordusu Ağdamda - TARİXİ VİDEO

19 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın öhdəlikləri çərçivəsində Ermənistan hərbi birləşmələri və bəzi kəndlərə sonradan yerləşdirilən ermənilər Ağdamı tərk edir.

Press.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bölgəyə Azərbaycan ordusu daxil olub.

Sosial mediada paylaşılan görüntülərdə Azərbaycan ordusuna aid zirehli texnikaların Ağdama doğru hərəkət etdiyi və yol kənarındakı azərbaycanlıların əsgərlərə alqışları əks olunub.

Bu arada, Ağdamdan çıxan Ermənistan ordusu istifadə etdiyi bölmələri, bina və nəzarət məntəqələrini yandırıb.

Qeyd edək ki, öhdəliyə əsasən, Ermənistan 20 noyabrda Ağdamı Azərbaycana təhvil verməlidir.

Ağdamın 77%-i 1993-cü ildə erməni separatçıları tərəfindən işğal olunmuşdu. 200 minə yaxın azərbaycanlı yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdı.

 

Oxşar xəbərlər
OTACI