Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əli Həsənov akademiyadakı vəzifəsindən də azad olundu — Yerinə TƏYİNAT + FOTO

19 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezidenin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib.

“MediaPost”un əldə etdiyi məlumata görə, Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına Namiq Həsən oğlu Əliyev təyin olunub. 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasından xəbəri saytımıza təsdiq ediblər. 

Qeyd edək ki, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstan və Moldovada sabiq  fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.  

Oxşar xəbərlər
OTACI