Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa yoluxanların özünümüalicəsinin təhlükəsi açıqlandı - RƏSMİ

19 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Son günlər koronavirusa yoluxan xəstələrin özünümüalicə tendensiyası artır”.

Press.Az-ın məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bəzi insanlar tibb müəssisələrinə məlumat vermədən özünümüalicəyə üstünlük verirlər:

“Bu, qorxulu tendensiyadır. Son ağırlaşma məqamında tibb müəssisələrinə müalicə üçün müraciət edirlər. Reanimasiya məntəqələrinin boş saxlanılması və zəruri hallarda istifadə edilməsi üçün bu kimi hallara yol verilməməlidir”.

O qeyd edib ki, insanların çoxluq təşkil etdiyi yerlərdən uzaq durmaq tövsiyə edilir.

Oxşar xəbərlər
OTACI