logo
First slide

Prezidentin köməkçisi: "Orduda kütləvi yoluxma halları yoxdur"

19 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Koronavirusun Azərbaycanın Silahlı Qüvvələrində yayılmasının qarşısı alınıb. Silahlı Qüvvələrimizin tərkibində yoluxma halları kütləvi şəkildə özünü biruzə verməyib”.

Press.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, çağırışçılar da ordumuzun tərkibinə qoşulan zaman onlardan test götürülür:

“Bizim yaralı əsgərlərimiz var. Onların da yoluxmaması bizim qarşımıza duran əsas vəzifədir. Biz Vətən müharibəsində qalib olduq, bunda da qalib olmalıyıq”.

Oxşar xəbərlər
OTACI
OTACI