Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qusarda COVID-19-a yoluxan şəxs saxlanılıb

19 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxan 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 18-də Balaqusar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk edən T.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən edilib ki, T.Musayevin koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxan 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Belə ki, noyabrın 18-də Vladimirovka kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk edən İ.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən edilib ki, İ.Mürsəlovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər
OTACI