logo
First slide

“Onlar Füzulidən Şuşaya ayaqla gedib çıxdılar” - Video

19 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, Qarabağda işğaldan azad edilmiş tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə hər kəsi təsirləndirən qəhrəman əsgərimiz Elçin Əhmədov internatda böyüyən 3 qardaşdan biridir. 

Press.az xəbər verir ki, “Təhsil TV” hərbçinin qardaşı Araz Əhmədovla görüşüb. A. Əhmədov qeyd edib ki, müharibənin başlanmasını eşidən kimi özü də, qardaşı da könüllü cəbhəyə yazılıblar. 

O bildirib ki, qardaşı döyüşçü yoldaşları ilə bərabər Füzuli istiqamətindən Şuşa ətrafına qədər ayaqla, günlərlə gedib çıxıb: “İnternat uşaqları üçün vətənpərvərlik ayrı mövzudur, onlar vətənə başqa cür bağlı olurlar. Döyüşmək onların hamısına xasdır. Elçin üç övladını evdə qoyub Vətən üçün döyüşə gedib. Belə ordusu olan xalq məğlub ola bilməz!”.

Oxşar xəbərlər
OTACI
OTACI