Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa yoluxan zaman antibiotik qəbul etməyin - XƏBƏDARLIQ

18 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

SARS-CoV-2 koronavirusa yoluxan zaman antibiotik qəbulu xəstənin vəziyyətini ağırlaşdıra və ciddi fəsada səbəb ola bilər.

Bu qərara Xuaçjun universitetinin alimləri apardıqları araşdırma zamanı gəliblər.

Araşdırma çərçivəsində mütəxəssislər COVID-19-a yoluxan və ağır siptomlar yaşamayan 1613 xəstənin vəziyyətini müşahidə edib.

Onlar xəstəxanaya bakterial-infeksiyanın aşağı riski ilə gətiriliblər. Onlar iki qrupa ayrılıb. Biri müalicə üçün antibiotik qəbul edir.

30 günlük müşahidənin sonunda xəstələrin yarısında ağırlaşma müşahidə edilib. Antibiotik qəbul edən qrupda ağırlaşma gözləniləndən daha çox olub.

Beləliklə, antibiotiklər xəstəliyin inkişafına, xəstəxanada uzun müddət qalmasına (15 gündən çox) və ikincili infeksiyaların inkişafına səbəb olub. Müşahidələr zamanı ölümün artması qeydə alınmayıb.

Bu səbəbdən də alimlər ağır olmayan COVID-19 xəstələrinə, zəruri ehtiyac olmadığı təqdirdə, xüsusən də ilkin mərhələdə antibiotik qəbulundan imtina etməyi tövsiyə edir.

Publika.az

Oxşar xəbərlər
OTACI