logo
First slide

COVİD-19-a təkrar yoluxma nadir hallarda müşahidə edilib - Hande Harmancı

18 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

COVİD-19-a təkrar yoluxma halı mümkün olsa da, bu, indiyə qədər nadir hallarda müşahidə edilib.

Bunu  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, təkrar yoluxma halları ilə bağlı ÜST-ə məlumat daxil olub:

"İmmunitetin virusa reaksiyası ilə bağlı əlimizdə olan məlumatlara görə, virusa yoluxanların əksəriyyətində yoluxmadan bir neçə həftə ərzində infeksiyaya qarşı immun sistemi aktivləşir. Biz hələ də bu antikorların orqanizmdə nə qədər qalacağını bilmirik. Əldə olan məlumatlar bu halın bir neçə ay davam etdiyini göstərir. Bu, yeni bir xəstəlik olduğu üçün araşdırmalar davam edir. Hazırda ölkədəki təkrar yoluxma halları ilə bağlı əlimizdə müvafiq statistika yoxdur".

Trend

Oxşar xəbərlər
OTACI
OTACI