Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ƏƏSMN daha 47 e-xidmət yaratmağı nəzərdə tutur

18 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Elektronlaşdırma proqramını genişləndirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 47 elektron xidməti yaratmağı və prosesi gələn ilin sonunadək başa çatdırmağı nəzərdə tutur.

ƏƏSMN-dən Press.az-a bildirilib ki, həmin e-xidmətlərdən 25-inin proaktiv xidmət (müraciət olunmasına və sənəd təqdim edilməsinə ehtiyac olmadan vətəndaşa yaranmış hüquqları əsasında sosial təminat, əlillik üzrə təyinatların və sosial sığorta üzrə xidmətin avtomatik həyata keçirilməsi) olması nəzərdə tutulur.

47 e-xidmətdən 7-nin ilin sonuna kimi, qalanlarının gələn il işə salınması planlaşdırılır.

Hazırda Nazirlik üzrə 26-sı proaktiv olan 53 e-xidmət fəaliyyət göstərir. Yeni e-xidmətlərin yaradılması ilə onların sayı 100-ə çatacaq. Bu da Nazirlik üzrə xidmətlərin (132 xidmət) elektronlaşma səviyyəsinin 76%-ə çatmasına imkan verəcək.

Oxşar xəbərlər
OTACI