Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Badamdarda sürüşmə ilə bağlı son məlumat: “Yağışlı hava şəraiti davam edərsə...” - FOTO

18 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Badamdar sahəsi paytaxtın sürüşməyə meyilli olan sahələri arasında ən riskli olan sahədir. Mövcud hava şəraiti və texnogen faktorlar bu gün sözügedən ərazidə torpaq qatının axmasına səbəb olub.

Press.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, bu ərazi təbii olaraq sürüşməyə meyilli sahədir və texnogen proseslər bu prosesi daha da sürətləndirir:

“Bu gün sözügedən ərazidə zəif torpaq uçması qeydə alınıb. Son 3 gün ərzində yağan güclü yağışlar səthi suxurlar, hamarlanma səthində gilcə və qumca suxurlarının yumşalmasına və yamac boyu axmasına səbəb olub. Nəticədə kiçik istinad divarında zədələnmə qeydə alınıb. Baş verən hadisə ərazidən keçən avtomobil yolunda nəqliyyatın hərəkətində də qismət çətinliklər yaradıb. Bu ciddi sürüşmə olmasa da, mövsümü vəziyyət bu kimi proseslərin sürətlənməsinə səbəb ola bilər. Yamac boyu axan kütlənin eni 3-5 metr, qalınlığı 0,3-0,5 metr olub. Yola tərəf düşən 0,5 metr qalınlığında kütlə isə istinad divarını zədələyib. Eyni zamanda həmin ərazidə aşağıdan gedən kiçik qaz kəmərinə də ziyan dəyib. Həmin sahədə gərginliyin artması müşahidə olunmaqdadır. Yağışlı hava şəraiti davam edərsə, yaşayış massivində kanalizasiya sisteminin olmaması və sudan qeyri-səmərəli istifadə bu sürüşmələri daha da gərginləşdirə bilər. Vətəndaşlar eləcə də aidyyəti qurumlar bunu nəzərdə saxlamalıdır”.

“Sürüşmələrin baş verməsinə səbəb son günlər yağan intensive yağışlardır. 3 gün ərzində Bakı şəhərinə 45 mm yağış düşüb ki, bu da aylıq normanın 154%-i təşkil edir. Kifayət qədər böyük göstəricidir. Hava şəraiti bu şəkildə davam edərsə, sürüşməye meyilli ərazilərdə bu kimi hallara rast gəlinməsi mümkündür”,-deyə Əli Əliyev qeyd edib.

Ə.Əliyev onu da əlavə edib ki, Abşeron yarımadasında və Bakı şəhərində bir qisim ərazilər – Zığ, Günəşli, Masazır, Nübar massivi də geoloji şəraitinə görə, sürüşməyə meyilli ərazilər sırasındadır.

 

Oxşar xəbərlər
OTACI