logo
First slide

İndi cavanlarda koronavirusun daha ağır formada keçdiyini müşahidə edirik -TƏBİB

18 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əvvəl cavan insanlarda koronavirus xəstəliyinin daha çox asimptomatik formada keçdiyinin şahidi olurduq. Amma indi bu yaş qrupunda COVİD-19 virusunun daha ağır formasını müşahidə edirik.

Press.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, klinik təcrübələrdə artıq uşaqların da bu xəstəliyi yüksək temperatur ilə keçirdiyi məlum olub.

V.Əliyev qeyd edib ki, COVİD-19-un əlamətlərinin insanlarda hansı səviyyədə müşahidə edilib-edilməməsi individualdır. Çünki virusa xas olan əlamətlərin hamısı eyni insanda görünməyə də bilər:

“Şərt deyil ki, virusa xas bütün əlamətlərin hamısı bir insanda müşahidə edilsin. Ola bilər ki, insanda bu əlamətlərin heç biri olmasın, amma virus daşıyıcısı olsun. Klinik simptomları olan xəstədə belə bu əlamətlər çox da, az da görünə bilər. Məsələn, iy və dadbilmə bəzilərində olmaya bilər. Amma elə şəxslər ola bilər ki, onda bu əlamətlər uzun müddət müşahidə olunsun və gec bərpa edilsin. Digər tərəfdən, hərarətin ən çox rast gəlinən simptom olmasına baxmayaraq, koronavirus xəstələrində hərarət qeydə alınmaya da bilər. Buna görə də şərt deyil ki, koronavirusa yoluxan hər bir kəsin hərarəti yüksək olsun”.

Oxşar xəbərlər
OTACI
OTACI