Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin müharibə dövründə Ermənistana kifayət qədər silah-sursat göndərdiyini ilk dəfə açıqladı

18 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Putin dedi ki, müharibə zamanı hərbi balansın Ermənistan əleyhinə yönəlməməsi üçün bu ölkəyə hərbi texnika göndərirdi".

Press.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin "Rossiya 24” kanalına Dağlıq Qarabağla bağlı müsahibəsini şərh edərkən deyib.

E.Şahinoğlu qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin “Rossiya” kanalına bugünkü müsahibəsində Dağlıq Qarabağla bağlı xeyli mətləbə toxundu:

"Birincisi, Putin Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqlarının detallarına toxundu. Putin Paşinyanı "baqaja qoydu", bəlli oldu ki, Ermənistanın baş naziri Şuşa uğrunda döyüşməyə davam edəcəklərini Kreml sahibinə bildirib. Ancaq Putinin çıxışında bizim üçün təhlükəli məqamlar da az deyildi. Kreml sahibi Dağlıq Qarabağın “status-kvosunun” davam edəcəyini vurğuladı. Bu, o deməkdir ki, ordakı separatçılar və onların qanunsuz silahlı qüvvələri fəaliyyətlərini davam etdirə bilərlər".

"Jurnalistin “Rusiya Dağlıq Qarabağı tanıya bilərmi” sualına isə cavabı belə oldu: “Biz Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıdıq, Krımın özmüqəddarıtını qəbul etdik...” Yəni Kreml sahibi bununla sanki demək istədi ki, “hərbçilərimizə bir şey olsa, Azərbaycana problem yarada bilərik”. Cənubi Osetiyanın “tanınması” məhz sülhməramlılarla əlaqəli olmuşdu. Putin müharibə dövründə Ermənistana kifayət qədər silah və hərbi sursat göndərdiyini ilk dəfə açıqlamış oldu. Putin dedi ki, müharibə zamanı hərbi balansın Ermənistan əleyhinə yönəlməməsi üçün bu ölkəyə hərbi texnika göndərirdi", - deyə politoloq vurğulayıb.

E.Şahinoğlu Putinin Türkiyə haqqında fikirlərini də şərh edib: "Kreml sahibi faktiki Türkiyənin sülhməramlı əməliyyatında iştirakının əleyhinə olduğunu vurğuladı. Putin bunu deyərkən ermənilərin etirazına istinad etdi: “Ermənilər ötən əsrin əvvəllərindəki soyqırımı unutmayıblar”. Yəni Putinin sözlərinə görə, Türkiyə sülhməramlıları ermənilərə psixoloji təzyiq vasitəsi ola bilər. O, bunu istəmir. Ancaq Putin sözlərinə onu da əlavə etdi ki, Azərbaycan istəsə, Türkiyə hərbçilərini ərazisinin istədiyi hissəsində yerləşdirə bilər. Putin Rusiya ilə Türkiyə arasında tarixi düşmənçiliyin arxada qaldığını da sözlərinə əlavə etdi. Başqa sözlə, Kreml sahibi demək istədi ki, iki ölkənin maraqları arasındakı fərqlərə baxmayaraq, ortaq fəaliyyət də az deyil".

Oxşar xəbərlər
OTACI