Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin hərbi əməliyyatlar zamanı ölənlərin sayın açıqladı

17 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda görülən əsas işin qan tökülməsinin dayandırılması olduğunu söyləyib.

Press.az xəbər verir ki, xəbəri RİA Novosti yayıb.

“Dağlıq Qarabağda minlərlə öldürülmüş və zərər çəkmiş var— bu kino deyil, faciədir, hansı ki, konkret insanlarla bağlı baş verib, buna görə əldə olunmuş razılığın əsas nəticəsi qan tökülməsinin dayandırılmasıdır”, – deyə Rusiya Prezidenti qeyd edib.

“Edə bildiyimiz ən vacib şey qan tökülməsini dayandırmaq oldu“, – Putin vurğulayıb.

V.Putin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevi Qarabağdakı hərbi əməliyyatları dayandırmağa, qaçqınların Şuşaya qayıtması şərti ilə, inandırdığını, ancaq Ermənistanın buna qarşı olduğunu bildirib.

Rusiya Prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolundan da danışıb: “Qarabağ məsələsində Türkiyəyə hər cür qiymət verə bilərsiniz, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz”.

Oxşar xəbərlər
OTACI