Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yaralı əsgərlərin İSTƏKLƏRİ KÖVRƏLTDİ - FOTO

17 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Çox qürurverici, fəxredici anlar idi. Şəhid olanları və yaralı əsgərlərimizi görmək ürək ağrısı verirdi.

Xalq hərbiyə çox dəstək oldu. Bu müharibə həmçinin xalqın ümumi birliyini göstərdi. Bütün həkimlər bacardığı qədər xidmət etdi, heç kəs öz köməyini əsirgəmədi".

Press.az xəbər verir ki, bu sözləri Sonxeber.az-a Vətən müharibəsində iştirak edən hərbi həkim Asif Quliyev deyib.

Həkim əsgərlərin Vətənlə bağlı şücaətli davranışlarından söz açıb:

"Çənə sümüyü sınığı olan bir neçə yaralı əsgərə rast gəldim ki, onlara yardım edərkən deyirdilər: "Məni hərbi hissəyə göndərin, dostlarımın yanına göndərin, vuruşmaq istəyirəm.
Mən xəstəxanada yatmaq istəmirəm, vuruşmaq istəyirəm. Mənə tez təcili yardım göstərin, döyüş meydanına gedim"

Həkim Ayaz Mustafayev vurğulayır ki, belə halları görəndə adam bir tərəfdən kövrəlir, bir tərəfdən də bizim belə əsgərlərimiz olduğu üçün fəxr hissi keçirir:

"Bir əsgər tankda çənəsindən zərbə almışdı, birinin də çənə sümüyü tamamən darmadağın olmuşdu. Buna baxmayaraq onlar yenə də vuruşmaq istəyirdilər.

Ağır yaralı olmalarına, danışmaqda çətinlik çəkmələrinə baxmayaraq, onlar vuruşmaq istədiklərini dilə gətiridilər".

Oxşar xəbərlər
OTACI