Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xocavənd uğrunda döyüşlərdə həlak olmuş şəhidin ailəsinin mənzil və sosial problemləri həll olundu - FOTO

17 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Alışov Samir Cəlil oğlunun ailəsinin (Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi) çətin maddi durumu, ağır yaşayış şəraiti ilə bağlı sosial şəbəkə istifadəçilərindən birinin qeyd etdiyi məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhidin ailəsi ilə görüşüb, vəziyyətləri ilə yerindəcə tanış olublar.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirlik möhtəşəm Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanımızın ailəsinin yaşayış şəraitinin ağırlığını nəzərə alaraq, sosial tərəfdaşların dəstəyi ilə həmin ailə üçün yaxın günlərdə üçotaqlı fərdi yaşayış evinin tikilməsini qərara alıb.

Şəhidin hər iki valideyni (atası Alışov Cəlil Əliisgəndər oğlu, anası Alışova Məhluqə Tufanəli qızı) işsiz olduğundan özünüməşğulluq proqramına cəlb ediliblər. Proqram çərçivəsində ailəyə seçdiyi kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat yaradılacaq.

Həmçinin, şəhidin 14 və 11 yaşlarında iki qardaşından birinin sağlamlıq durumu ilə bağlı sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsinə ehtiyac var. Lakin valideynlərin məlumatsızlığından bununla bağlı indiyədək müraciət etməyiblər. Ona görə də əməkdaşlarımız ailəyə bu istiqamətdə də dəstək göstərəcək. Həkim rəyi alınmaqla rayon səhiyyə müəssisəsi ilə birgə bu yöndə iş aparılacaq.

Zəruri sənədləşdirmə aparıldıqdan sonra ailəyə Prezidentin aylıq təqaüdü və müavinətlər də təyin olunacaq.

Oxşar xəbərlər
OTACI