logo
First slide

ÜST Azərbaycana COVİD-19-la mübarizədə dəstək göstərməyə davam edəcək - Hande Harmancı

17 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bundan sonra da Azərbaycana COVİD-19-la mübarizə üçün tibb işçilərinin biliklərinin artırılması, xəstəxanaların tibbi ləvazimatlarla təminatının gücləndirilməsi, yerli və beynəlxalq ekspertlərin təcrübəsinin tətbiqi və tövsiyələrinin verilməsi istiqamətində dəstək göstərməyə davam edəcək.

Press.az xəbər verir ki, bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST pandemiyanın başlanğıcından etibarən virusla mübarizədə Azərbaycana dəstək göstərir. Bu çərçivədə ölkədəki mübarizə tədbirlərini dəyərləndirmək üçün fərqli zamanlarda iki missiya dəvət olunub və müvafiq tövsiyələr hazırlanaraq hökümətə təqdim olunub. Bununla yanaşı, xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqların artırılması üçün Bakıda və regionlarda REACT-C19 layihəsi həyata keçirilib. Layihə nəticəsində 12 xəstəxanada COVID-19-la bağlı əsas bacarıqlar sürətlə artırılıb, yüzlərlə tibb işçisinə təlim keçirilib, Yeni Klinikada təlim mərkəzi və 3 xəstəxanada infeksiyaya nəzarət komitələri yaradılıb. Bununla yanaşı, Avropa İttifaqının dəstəyilə ÜST tərəfindən həyata keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” çərçivəsində ölkəyə fərdi qoruyucu vasitələr, oksigen konsentratorları və pulsoksimetrlər gətirilib və Səhiyyə Nazirliyinə təhvil verilib. Tibb işçilərinin COVID-19-la bağlı bilik və bacarıqlarını artırmaq üçün ölkədə və ölkə xaricində təlimlər və seminarlar həyata keçirilib. Azərbaycanda virusla bağlı məlumatlılığın səviyyəsini artırmaq üçün apteklərə maarifləndirici posterlər və məlumat vərəqələri paylanıb".

Oxşar xəbərlər
OTACI
OTACI