Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DSX zabitlərinin cinayət işi məhkəməyə göndərildi

17 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və rüşvət almaqda təqsirləndirilərək həbs olunan Dövlət Sərhəd Xidmətinin həbs edilən zabitləri - Müzəffər Namazov, Nemət Pənahov, Arif Abdullayev və Xalis Quliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Press.az-ın Trend-ə istinadən məlumatına görə, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmə prosesinə hakim Elbəyi Allahverdiyev sədrlik edəcək.

İttihama görə, bu ilin mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Əfqan Nağıyev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs ev dustaqlığına buraxılıb.

Digər təqsirli bilinən zabitlər - Samiq Əzizov, Müzəffər Namazov, Nemət Pənahov, Sakit Muradov, Elçin Vəliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham elan olunub.

Oxşar xəbərlər
OTACI