Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranın bəzi şəhərlərində komendant saatı tətbiq ediləcək

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranın bır sıra şəhərlərində komendant saatı tətbiq ediləcək.

Press.az-ın məlumatına görə, bu barədə Fars agentliyi bildirib.

Məlumata əsasən, koronavirusun yayılmasına görə "qırmızı" zonasına daxil olan ölkənin bir sıra şəhərlərində 21 noyabr tarixindən etibarən şəhər daxilində hərəkətə qadağa tətbiq olunacaq.

Hərəkət qadağası iki həftə ərzində hər gün yerli vaxtla saat 21:00-dan 04:00-a qədər qüvvədə olacaq. Bundan əlavə, bütün özəl və dövlət qurumlarının işinin məhdudlaşdırılmasını nəzərdə tutan karantin tətbiq olunacaq. Ərzaq mağazaları, xəstəxanalar və apteklər istisnadır.

Oxşar xəbərlər
OTACI