Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müxalifət Paşinyana cinayət işi açılmasını tələb edir

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yerevanda müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirir.

Press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi Qeam Manukyan  Ermənistanın baş prokuroluğunun binası önündə keçirlən aksiya zamanı Paşinyana qarşı cinayət işi açılmasını tələb edib.

"Paşinyan öz hərəkətləri, qanunsuz əmrləri, təlimatları, addımları ilə etiraz səsini susdurmaq üçün siyasi repressiyanın, zorakılığın təməlini qoydu. Ölkəmizin təhlükəsizliyini və bütövlüyünü pozan, birliyimizi, demokratiya və söz azadlığını şübhə altına alan hərəkətlərinə görə Paşinyana qarşı cinayət işi açılmalıdır”, - deyə Manukyan bildirib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyana cinayət işi açılması “hüquq-mühafizə orqanlarının müqəddəs borcudur”:

“Ermənistanda artıq hakimiyyət mövcud deyil. Paşinyan artıq hüquq-mühafizə orqanlarına ümid etmir və siyasi rəqiblərini cilovlamağa çalışmaq üçün dəstələr yaradır. Polisi, MTX-ni və bütün hüquq-mühafizə sistemini bu cür proseslərin qarşısını almağa çağırıram. Paşinyana qarşı cinayət işi açmaq və onu məsuliyyətə cəlb etmək lazımdır”.

Oxşar xəbərlər
OTACI