logo
First slide

Azərbaycanlı iş adamı Almaniyada azadlıqdan məhrum edildi

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyada meşə təsərrüfatına ziyan verməkdə ittiham olunan azərbaycanlı iş adamının son məhkəmə prosesi keçirilib.

Koblenz Şəhər İdarə Məhkəməsində baş tutan iclasda hakim Azərbaycan əsilli, Rusiya vətəndaşı Afiq Qəhrəmanov barəsində 2 il azadlıqdan məhrumetmə və 80 min avro pul cəriməsi ilə bağlı qərarı elan edib.

Məlumat üçün bildirək ki, bu ilin may ayında 42 yaşlı iş adamı alman polisi tərəfindən saxlanılıb. O, Koblenz şəhərində mənzil tikintisi üçün icazə verilən torpaq sahəsinin planından kənara çıxaraq, əlavə iki sot ərazidəki ağacları kəsməkdə ittiham olunub. Reynland-Pfalts Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, saxlanılan Afiq Qəhrəmanov 2006-cı ildə qeydiyyatı ləğv edilən “Run” tikinti şirkətinin rəhbəri olub.

Meşə ərazisində əməliyyat keçirən Koblenz şəhər Polis İdarəsinin əməkdaşları ağacların kəsilməsini dayandırıblar. İşçilər və istifadə etdikləri texnikalar ərazidən uzaqlaşdırılıb.

A.Qəhrəmanovu Koblenz şəhərindəki yaşadığı ünvanda tapa bilməyən polis əməkdaşları onun barəsində axtarış elan ediblər. Azərbaycanlı iş adamı Almaniyadan Niderlanda keçən zaman saxlanılıb.

Koblenz Şəhər İdarə Məhkəməsində məhkəmə qarşısına çıxarılan A.Qəhrəmanov barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Report

Oxşar xəbərlər
OTACI
OTACI