Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtobuslar gecikmə ilə hərəkət edir

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hazırda paytaxın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bu barədə Press.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu səbəbdən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var. Həmin küçə və prospektlər aşağıdakılardır:

- Rəşid Behbudov küçəsi;

- Heydər Əliyev prospekti kənar yollar hər iki istiqamət;

- Qara Qarayev prospekti, Dakar dairəsi;

- Tbilisi prospekti hər iki istiqamət;

- Abbasqulu ağa Bakıxanov küçəsi;

- Üzeyir Hacıbəyov küçəsi;

- Ziya Bünyadov prospekti hər iki istiqamət;

- Moskva prospekti.

"Yağışlı hava şəraitini nəzərə alaraq hərəkət iştirakçılarından ehtiyyatlı olmağı xahiş edirik. Mümkün qədər yollarda avtobusların hərəkət şərait yaradılmasını xahiş edirik", - deyə qurum bəyan edib.

Oxşar xəbərlər
OTACI