logo
First slide

Fuad Qəhrəmanlı Asif Yusifli və digər 19 nəfər ev dustaqlığına buraxıldı

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Səbail rayon məhkəməsində iyulun 14-də Bakıda keçirilən aksiyada təqsirləndirilərək həbs edilən 21- nəfərin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə dövlət ittihamçısının vəsatətinə baxılıb.

Press.az-ın məlumatına görə, hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən 21 nəfərin cəzası ev dustaqlığına dəyişdirilib.

Məhkəmənin qərarı ilə AXCP üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Ayaz Məhərrəmov, Bəxtiyar İmanov, Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Seymur Əhmədov və digər şəxslər ev dustaqlığına buraxılıb.

Oxşar xəbərlər
OTACI
OTACI