Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik əməkdaşları şəhid Denis Proninin ailəsini ziyarət edib - FOTO

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə həlak olan şəhid Denis Proninin ailəsini ziyarət edib.

Nazirlikdən Press.az-a bildirilib ki, şəhidin məktəbli qızına onlayn dərslərdə iştirak etmək üçün ehtiyacı olan noutbuk hədiyyə olunub.

Denis Proninin cəbhəyə könüllü yollandığını və Füzuli istiqamətində gedən döyüşlərdə həlak olduğunu bildirən şəhidin ailəsi müzəffər Azərbaycan ordusunun onun qanını yerdə qoymadığını, qisasını aldığını söyləyib. Ailəsi Denisin daim Qarabağın işğaldan azad olunmasında iştirak etməsini arzuladığını deyib. Yaxınları qürur hissi ilə vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi qələbə qazandı, ədalət bərqərar oldu və Denisin ruhu artıq şaddır.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq müxtəlif sosial məsuliyyət tədbirləri həyata keçirir.

Oxşar xəbərlər
OTACI