Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Al-Jazeera” Kəlbəcərdə: Evlərindən ayaqyalın qovulan, açarlarını ən dəyərli əşya kimi saxlayanlar - VİDEO

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında gəlinən razılığa əsasən, işğal altında olan rayonlar Azərbaycana təhvil verilməlidir. İlkin anlaşmaya görə, ermənilər Kəlbəcəri noyabrın 15-dək tərk etməli idilər. Lakin Azərbaycan hökuməti coğrafi relyefi nəzərə alaraq, humanist addım atdı və Kəlbəcər üçün bu müddəti 10 gün uzatmaq qərarına gəldi.

Ancaq nankor ermənilər rayonu tərk edərkən evlərini yandırıb çıxırlar.

“Al-Jazeera” telekanalından olan Üsamə Bin-Cavaid Kəlbəcər yaxınlığındakı Toğnadan reportaj hazırlayıb, 1993-cü ildə evlərini ayaqyalın, başıaçıq tərk etmək məcburiyyətində qalan, bir gün qayıdacaqları ümidi ilə evlərinin açarını da ən dəyərli əşyaları kimi özləri ilə götürən azərbaycanlılarla söhbət edib.

Oxşar xəbərlər
OTACI