Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın”

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hərbçi övladları itkin düşmüş analar Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

Press.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər.

“Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, - valideynlərdən biri söyləyib.

Digər bir valideynin sözlərinə görə, oğlu ilə birgə bütöv tabor Martuni-Cəbrayıl arası istiqamətdə itkin düşüb.

Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb.

Oxşar xəbərlər
OTACI