Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin Azərbaycana ordu göndərməsi ilə bağlı layihə parlamentə təqdim olunub

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir.

Press.az “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.

Qanun layihəsi müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

“Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin görəcəyi fəaliyyətlərdə Türkiyə Silahlı Qüvvələri heyətinin və ehtiyac olarsa, ölkəmizdən mülki əməkdaşların fəaliyyət göstərməsinin 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun ölkəmizin öhdəliklərinə müvafiq olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul edən beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarları və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının prinsipləri ilə uyğun gəlməsi bölgə xalqlarının da əmin-amanlıq və rifahı üçün faydalı olacağı, həmçinin milli maraqlarımız baxımından lazım olduğunu qiymətləndirilir”, - sənəddə qeyd olunub.

Oxşar xəbərlər
OTACI