Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyanın bu açıqlaması istefalara səbəb oldu

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanda baş nazirin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan tutduğu vəzifədən istefa verib.

Press.az xəbər verir ki, bu barədə “Report” erməni mətbuatına istinadən məlumat yayıb. 

Qeyd olunub ki, onun istefasına səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın son sözləri olub. Belə ki, Paşinyan “Nəhayət “divar dibində ulayan”larla bağlı problemləri həll etmək üçün “cəbhə uşaqları”nın Yerevana gəlməsini gözləyirəm”, - deyə bildirib.

Sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini açıqlayan V.Siseryan bildirib ki, Paşinyan müxalifət nümayəndələrini təhdid edir.

Bundan başqa Paşinyanın açıqlamasından sonra iki millət vəkili də istefa verdiyini açıqlayıb. O həmçinin Paşinyanın “Mənim addımım” partiyasından deputat seçilən Qayan Abrahamyanın mandatından imtina etdiyini söyləyib.

“Bu günlərdə vəziyyəti bir az yumşaltmaq üçün hər cür səy göstərməyə çalışdım, amma bu andan etibarən Milli Məclisin deputatı kimi fəaliyyətimi tükənmiş hesab edirəm. Çoxsaylı səhvlərə görə üzr istəyirəm” deyə Abrahamyan "facebook" səhifəsində yazıb.

Digər deputat Taqui Tovmasyan da fraksiyadan çıxdığını elan edib:

“Siyasi komandamız bir-birinin ardınca səhv edir. Səhvlərimizi dərk etmək, vəziyyəti dialoqla yumşaltmaq, gərgin vəziyyəti sabitləşdirməyə çalışmaq əvəzinə dövlətin əsaslarını sarsıdan addımlar atırıq”.

Oxşar xəbərlər
OTACI