Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lüis Hemilton yeddiqat dünya çempionu oldu

15 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İstanbul şəhərində "Formula 1" üzrə Türkiyə Qran-prisi keçirilib.

Press.az xəbər verir ki, qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. İkinci yer "Racing Point"dən Serxio Peresə, üçüncü pillə isə "Ferrari"dən Şarl Leklerə qismət olub.

Hemiltonun komanda yoldaşı və ən yaxın izləyicisi Valtteri Bottas finişə 14-cü çataraq, xal toplaya bilməyib. Nəticədə onların arasındakı xal fərqi 110-a çatıb ki, bu da britaniyalı pilotun sona 3 yarış qalmış dünya çempionu olmasına şərait yaradıb.

Beləliklə, Hemilton karyerasında 7-ci dəfə dünya çempionu olub. Nəticədə o, Mixael Şumaxerin rekorduna şərik çıxıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI