Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada evdə partlayış: Xəsarət alanlar var

15 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qubada qaz təchizatından qeyri-qanuni istifadə edən evdə partlayış baş verib.

Press.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Əlibəyqışlaq kəndində fərdi yaşayış evində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Nazim Nurbala oğlu Nəsirov, həyat yoldaşı 1988-ci il təvəllüdlü Nazbikə Seyfəl qızı Nəsirova və övladları, 2013-cü il təvəllüdlü Məhəmməd Nəsirov ağır yanıq xəsarətləri ilə Quba Regional Diaqnostika və Müalicə yerləşdiriliblər.

Xaçmaz Regional Qaz İstismarı İdarəsi Quba Xidmət Sahəsindən verilən məlumata görə, partlayışa səbəb vətəndaşın yeni tikdiyi evə eyni həyətdə olan evdən rezin boru vasitəsilə qaz şəbəkəsinə qanunsuz qoşulması, təhlükəsizlik qaydalarını pozması və təbii qazdan qeyri-qanuni istifadə etməsi olub.

İdarə əməkdaşları dəfələrlə vətəndaşa xəbərdarlıq etdiklərini və təbii qazın verilişini dayandırdıqlarını bildiriblər.

Quba Regional Diaqnostika və Müalicə Mərkəzindən verilən məlumata görə, hər üç xəstə şok vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI