Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gündən Bakıya istilik veriləcək

15 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gündən Bakı üzrə istiliyin verilməsinə başlanılır.

Press.Az-ın məlumatına görə, artıq qazanxanaların mərhələli şəkildə qrafikə uyğun işə salınmasına başlanılıb.

2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq, istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.

Belə ki, istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən, Bakı şəhərində noyabrın 15-dən başlanılır.

Mövsüm ərzində cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə, 3870 yaşayış binası, o cümlədən, 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin ediləcək.

Oxşar xəbərlər
OTACI