Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İngiltərə AÇ-2020-yə tam ev sahibliyi etmək istəyir

15 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərə AÇ-2020-yə tam ev sahibliyi etmək istəyir.

Press.az “Daily Mail”ə isttinadən xəbər verir ki, İngiltərə Futbol Federasiyası bununla bağlı artıq UEFA ilə danışıqlara başlayıb.

UEFA hələ də turnirin Avropanın 12 fərqli şəhərində təşkil edilməsinin tərəfdarıdır. Lakin koronavirus pandemiyası davam etdiyi üçün alternativ variantların axtarıldığı qeyd edilib.

Bundan əvvəl bu il 12 şəhərdə- Roma (İtaliya), Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Qlazqo (Şotlandiya) ), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Münhendə (Almaniya) təşkil edilməli olan turnirin koronavirus pandemiyasına görə növbəti ilə təxirə salındığı bildirilmişdi.

Qeyd edək ki, çempionat 11 iyun – 11 iyul aralığında keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI