Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ərazilərə giriş qadağan olundu

15 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2020-ci il 14 noyabr tarixində saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər.

Press.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, partlayış nəticəsində Əhmədov Yasin Ələsgər oğlu həlak olmuş, Əhmədov Asif Ələsgər oğlu isə ağır dərəcəli bədən xəsarəti alıb.

Qeyd olunan mülki vətəndaşların təxliyyə olunması üçün Agentliyin minaaxtaranları həmin əraziyə cəlb olunmuşdur. Təxliyyə əməliyyatı zamanı Əhmədov Asif Ələsgər oğlu ərazidən çıxarılmış, Əhmədov Yasin Ələsgər oğlunun təxliyəsi zamanı isə Agentliyin minaaxtaranı 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunmuş və çox saylı qəlpə yarası alıb.

Hal-hazırda Xudiyev Asəf Mürsəl oğlu Füzuli rayon Diaqnostika Mərkəzində dərhal cərrahiyyə əməliyyatına alınmış, vəziyyəti stabil ağırdır.

Bir daha bildiririk ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə mülki şəxslərin girişi qəti qadağandır.

Oxşar xəbərlər
OTACI