Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bu cür oyunlarda çox risk etmək olmur" - Canni De Byazi

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Oyundan və nəticədən razı qaldığımı deyə bilmərəm. Hücumda çox ləng idik. Komanda ilə əlaqədar yeganə müsbət məqam dörd oyunda qol buraxmamağımızdır".

Press.az xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, ikinci hissədə qol imkaları olsa da, futbolçular bundan istifadə edə bilməyiblər: "Bu cür oyunlarda çox risk etmək olmur. Çünki sonda məğlub da ola bilərsən. Oyunun gedişində dəyişiklik etsək də, istədiyimizi ortaya qoya bilmədik".

63 yaşlı baş məşqçinin sözlərinə görə, hücumda çatışmayan əsas məqam oyunçuların çoxala bilməməsidir: "Cinahlar hücuma daha fəal qoşulmalı idi. Misal üçün, Amin Seydiyevin bir epizodu oldu, ancaq istifadə edə bilmədi. Dediyim kimi, sevindirici hal odur ki, müdafiədə inamlı oynayırıq və bizə qol vurmaq çətindir".

De Byazi ilk hissədə zədələnən Abbas Hüseynovun durumuna da toxunub: "Abbas bizim üçün çox vacib oyunçudur. Sloveniya ilə oyunda ona istirahət vermişdim. Son 15 dəqiqədə meydana buraxdım. İkinci hissədə oynasaydı, komandaya çox kömək edərdi. Zədəsinin nə dərəcədə ciddi olması növbəti günlərdə məlum olacaq".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI