Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ankarada gərgin danışıqlar başa çatdı - Türkiyə sülhməramlıları gəlir?

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə əlaqədar Ankaraya səfər edən Rusiya nümayəndə heyətilə texniki görüşlər başa çatıb. 

Press.az xəbər verir ki, xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki,  Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya hərbi heyətinin birgə texniki fəaliyyətinə dair müzakiərələr başa çatıb və Rusiya nümayəndə heyət artıq Moskvaya yollanıb. Türkiyə Müdafiə Nazirliyi yaxın günlərdə müzakirələrin davam edəcəyini bildirib. 

Qeyd edək ki, dünən Ankaraya Rusiyadan 20 nəfərlik iki heyət səfər edib. Heyətlərdən biri İdlib əsas olmaqla Suriya ilə bağlı, digəri Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılan ortaq mərkəz və Dağlıq Qarabağdakı sülhməramlı missiyada Rusiya ilə bərabər Türkiyə hərbi qüvvələrinin də yer alması məsələsini müzakirə ediblər.

//APA

Oxşar xəbərlər
OTACI