Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vətəndaşlarımız Füzulidə minaya düşdü: Ölən və yaralı var

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən Press.az-a  verilən məlumata görə, 14 noyabr saat 17 radələrində 2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində  olarkən  minaya düşüblər, nəticədə Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

Oxşar xəbərlər
OTACI