Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubadlı Suvarma Sistemləri İdarəsi fəaliyyətə başlayacaq

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (ASC) işğaldan azad olunan ərazilərimizdə suvarma sistemlərinin bərpasına həsr edilmiş onlayn görüş keçirilib.

Press.az xəbər verir ki, görüşdə Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Xocavənd, Tərtər, Bərdə, Goranboy, Yevlax, Ağcabədi, Beyləqan rayonlarının meliorasiya idarələrinin və “Azdövsutəslayihə” institunun rəhbərləri iştirak ediblər.

Diqqətə çatdırılıb ki, işğal olunmuş torpaqlarımızda 9 su anbarı, 7 sututarı, 6426 kilomert suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 803 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu vardı. Ümumilikdə isə, 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı.

ASC-nin sədri  Əhməd Əhmədzadə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ASC-nin balansında olan işğaldan meliorasiya və irriqasiya obyektlərinin inventarlaşdırılması, texniki vəziyyətinin qiymətləndirilməsi, onların bəpası və fəaliyyətinin təmin edilməsi üçün təkliflərin hazırlanması məqsədilə əmr imzalanıb və sədr müavini Rafiq Aslanovun rəhbərliyi ilə müvafiq komissiya yaradılıb. Həmçinin əmrə əsasən noyabrın 16-dan Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunacaq.

ASC sədrinin müavini Rafiq Aslanov bildirib ki, azad olunan ərazilərimizdə ki, su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün yaradılan komissiya tərəfindən aparılacaq araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək. Qələbədən sonra həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.

Meliratorlar artıq həmin ərazilərdə suvarma işinin təşkili ilə bağlı işlərə başlayıblar və bu iş maksimum qısa müddətdə başa çatdırılmalıdır.

Oxşar xəbərlər
OTACI