Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Birlikdə doğulub, birlikdə şəhid oldular... - Video

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

20 il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdikdən təxminən 8 il sonra eyni gündə doğulan qardaşlar bu gün həmin torpaqları işğaldan azad edib və eyni gündə də şəhid olublar.

Press.az xəbər verir ki, AzTV-nin bununla bağlı hazırladığı reportajda əkiz qardaşlar Nazir və Tacir Allahverdiyevlərin cəbhə zonasında yerləşən Ağdam rayonunun Çullu kəndində anadan olduğu bildirilib.

Qeyd olunub ki, orta məktəbə, hərbi xidmətə birlikdə gedən qardaşlar cəbhəyə də eyni gündə yollanıblar.

Reportajda deyilir: “Azərbaycan üçün strateji zirvələri ələ keçirib, birlikdə şəhidlik zirvəsinə ucalıblar”.

İki şəhid övladını eyni gündə dəfn edən Nailə Allahverdiyeva deyir ki, oğullarının məzarı üzərinə gedib onlara gözaydınlığı verəcək. Əkiz qardaşların uğrunda şəhid olduqları torpaqlar artıq azaddır, Azərbaycanındır!

Oxşar xəbərlər
OTACI