Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lüksemburq - Azərbaycan: Hakim təyinatları

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Millətlər Liqasının 6-cı turunda keçiriləcək Lüksemburq - Azərbaycan matçına hakim təyinatları açıqlanıb.

Press.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Feliks Zvayer olacaq. Ona yan xətt hakimləri qismində Torsten Şiffner və Marko Axmüller kömək edəcək. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirəcək.

Hakim-inspektor Maykl Rayli (İngiltərə), UEFA nümayəndəsi isə Tammo Beyşuizen (Hollandiya) olacaq.

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə23:45-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI