Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mbappe yalnız bu şərtlə PSJ ilə müqaviləsini yeniləyəcək

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

PSJ-nin futbolçusu Kilian Mbappe müəyyən şərtlər əsasında müqaviləsini yeniləməyə hazırdır.

Press.az AS-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu  sözləşmədə  təzminat ödənilməsi ilə bağlı maddə olacağı təqdirdə müqaviləsini uzatmağa razılaşacaq.

Əks-halda futbolçunun mövsümün sonunda başqa bir kluba keçmək istədiyi bildirilib. Onun satış qiyməti isə 180 milyon avro dəyərində müəyyənləşdirilib. “Real”ın fransalı oyunçuya görə bu məbləği ödəməyə hazır olduğu qeyd edilib.

Bundan əvvəl Mbappe 3 dəfə Paris təmsilçisinin müqaviləni uzatmaq üçün təklifini rədd edib.

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ ilə 8 matça çıxaraq, 7  qol vurub və eyni sayda qolun ötürməsini verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI