Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə sülhməramlıları Qarabağa gəlir? - "Dekabrın 1-nə qədər..." / AÇIQLAMA

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Türkiyə hərbi birliyinin Qarabağ bölgəsində yerləşməsi Azərbaycanın bölgədə mövqeyini gücləndirəcək və problemin həllinə dəstək olacaq”.

Press.az xəbər verir ki, bu sözləri Redaktor.az-a hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, Türkiyə təkcə ermənilərə deyil, həm də Rusiya sülhməramlı qüvvələrinə nəzarət edəcək:

“Türkiyənin ermənilərin yaşayacağı yerlərdə rol alacağı ehtimal olunmur. Həmin bölgədə hər iki tərəfin razılığı ilə missiyanı Rusiya sülhməramlı qüvvələri həyata keçirəcək. Lakin, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarət funksiyasının yerinə yetirilməsinə Türkiyə nəzarət edəcək. Bir sözlə, Türkiyə Dağlıq Qarabağda Azərbaycanın mövqeyini təmsil etməklə yanaşı, həm Ermənistana, həm də Rusiyaya nəzarət edəcək. Zamanında bizim Rusiyanın hərbi nümayəndəliyi ilə müəyyən problemlər olmuşdu, indi o problemlərin təkrar yaşanmaması üçün Türkiyə Qarabağda ümumi proseslərə nəzarət edəcək.

Düzdür, hələlik təyin olunan mexanizimlə bağlı hər hansı detallı məlumat yoxdur. Hesab edirəm ki, dekabrın 1-dən sonra bütün bu proseslərə tam aydınlıq gətiriləcək”, - R.Məmmədli bildirib.

Hərbi ekspert Laçın dəhlizinə nəzarətlə bağlı da fikirlərini bölüşüb:

“Azərbaycan ərazisinə daxil olan bütün nöqtələrə Dövlət Sərhəd Xidməti nəzarət edəcək. Yəni, Ermənistanda yaşayan ermənilərin istədikləri vaxt Qarabağ ərazisinə daxil olması mümkün olmayacaq. Çünki Azərbaycan qanunlarına görə, axtarışda olan, dövlətə qarşı çevrilişə cəhd edən, hərbi cinayətlər törədən, iştirak edən şəxs və şəxslər Azərbaycan ərazisinə daxil ola, burada yaşaya bilməzlər. Bu baxımdan, ölkəyə giriş-çıxış prosesinə birbaşa olaraq Dövlət Sərhəd Xidməti nəzarət edəcək. Rusiya sülhməramlı qüvvələri isə bu prosesə sadəcə nəzarət edəcək", - R.Məmmədli qeyd edib.

Oxşar xəbərlər
OTACI