Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusla bağlı PİS XƏBƏR - Yaxın 3 ay ərzində...

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Dünya pandemiya ilə ilk dəfə qarşılaşmır. COVİD-19 pandemiyasına qədər müxtəlif törədicilər pandemiyaya səbəb olmuşdur".

Press.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, COVİD-19 virusunun yoxa çıxmasını peyvənd olmadığı təqdirdə yaz mövsümündən erkən gözləmirəm:

Bu törədicilərin bəziləri sonradan da ətraf mühitdə mövcud olmuşdur. Törədiciyə qarşı peyvəndlərin hazırlanması, etioloji müalicənin tapılması, insan orqanizminin bu törədicilərə qarşı həssaslığının azalması və ya virusun özünün yoluxduruculuğunun aşağı enməsi sayəsində pandemiyalar sonlanır və cəmiyyətin bu törədicilərlə təkrar qarşılaşması nisbətən qorxusuz olur. Nəzərə alsaq ki, COVİD-19 əleyhinə peyvənd tam hazır deyil və törədici əleyhinə vahid müalicə yoxdur, yaxın 3 ay ərzində pandemiyanın sonlanması real deyil. Belə ki, insan orqanizminin törədiciyə qarşı həssaslığının azalması və ya virusun özünün yoluxduruculuğunun azalması tədricən baş verən bir prosesdir, bu haqda dəqiq bir fikir demək mümkün deyil.

Tarixi pandemiyalara baxsaq COVİD-19 pandemiyasının sonlanmasını peyvənd olmadığı təqdirdə yaz mövsümündən erkən gözləmirəm. Çünki payız-qış mövsümü hava-damcı yolu ilə keçən xəstəliklərin artdığı bir dövrdür. Həssas orqanizm, lazımi şərait, başqa xəstəliklərlə oxşar olduğu üçün erkən diaqnostikasının çətinliyi COVİD-19-un yaxın 3 ay ərzində bizimlə olacağına dəlalət edir".

Oxşar xəbərlər
OTACI