Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şağandakı Reabilitasiya Pansionatı ilin sonunadək istifadəyə veriləcək

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Reabilitasiya Pansionatında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Nazirlikdən Press.az-a verilən məlumata görə, burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi mümkün olacaq.

Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla da təmin ediləcək.

Gələn ay istifadəyə verilməsi planlaşdırılan 250 çarpayılıq müəssisədə il ərzində 7 mindən çox əlilliyi olan şəxsə stasionar və ambulator şəraitdə, fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya xidmətləri göstəriləcək.

Oxşar xəbərlər
OTACI