Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ucarda təcili yardım avtomobili piyadanı vurub öldürdü - VİDEO

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ucarda yolu keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb.

Press.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax-Gürcüstan magistral yolunun Ucarın Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini, 37 yaşlı Anar Əliyev idarə etdiyi təcili tibbi yardım avtomobili ilə paytaxt istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 47 yaşlı Arif Rəsulovu vurub.

Yaralı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI